Ukrayna ordusu elan edilən əks-hücum əməliyyatının bir hissəsi kimi hələ də döyüş meydanında ciddi uğur əldə etməyib.
Qaynarinfo "Financial Times"a istinadla xəbər verir ki, bunun niyə baş verdiyini NATO-nun Avropadakı qüvvələrinin baş komandanı və ABŞ ordusunun generalı Kristofer Kavoli izah etməyə çalışıb.
Kavoli Ukrayna Silahlı Qüvvələrinin (AFU) Rusiya hərbçilərinin əvvəlcədən hazırlanmış mövqelərdə inadkar müdafiəsi səbəbindən böyük çətinliklərlə üzləşdiyini və buna görə də hələ döyüş meydanında ciddi uğur qazanmadığını bildirib. Generalın fikrincə, "Rusiyanın Ukrayna üzərində insan və texnika kütləsinə görə üstünlüyü hələ də var”.
Bundan bir qədər əvvəl də Kavoli Kiyevdə olarkən sürətli əks-hücumun mümkünsüzlüyünü etiraf etmişdi. O, bunun üçün "səbirli olmağı” tövsiyə etmişdi.
Alpər