Xəbər lenti

NATO üzvləri Ukraynaya 40 milyardlıq hərbi yardım haqda razılığa gəldilər -
Dünya 15:20 03.07.2024

NATO üzvləri Ukraynaya 40 milyardlıq hərbi yardım haqda razılığa gəldilər - "Reuters"

NATO müttəfiqləri gələn il Ukraynaya 40 milyard avro hərbi yardım göstərməyə razılaşıblar.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Qərbi Avropa diplomatının agentliyə verdiyi məlumata görə, alyans ölkələrinin liderləri gələn həftə Vaşinqtonda keçiriləcək sammit zamanı bu öhdəliyi imzalayacaqlar.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq üzv dövlətlərdən Ukraynaya hərbi yardımı Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından sonrakı illərdə olduğu kimi - ildə təxminən 40 milyard avro həcmində saxlamağı xahiş edib.

Daha əvvəl "Bloomberg” bildirib ki, bəzi NATO-ya üzv ölkələr Ukraynaya hərbi yardım üçün xüsusi çoxillik xərcləri öhdəsinə götürmək istəmirlər.

Gözlənilirdi ki, Ukraynaya ayrılan 40 milyard avro yardım NATO-nun ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləmək öhdəliyinə daxil edilərsə, onlar saziş bağlaya biləcəklər.

NATO-nun növbəti sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->