Xəbər lenti

NATO yüksək intensivlikli münaqişədə iştirak üçün təlimatlar hazırlayır - "Bloomberg"
Dünya07:31 15.02.2023

NATO yüksək intensivlikli münaqişədə iştirak üçün təlimatlar hazırlayır - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarşılıqlı müdafiə haqqında 5-ci maddənin tətbiqi və ya bu maddənin əhatə dairəsi xaricində hərbi əməliyyatlar baş verdikdə, müttəfiq dövlətlərin yüksək intensivlikli münaqişədə iştirakı zamanı NATO ölkələri təlimatlar hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, bu həftə Brüsseldə görüşəcək NATO-nun müdafiə nazirləri Alyansın üzvlərini gələcək potensial hərbi fəaliyyətə hazırlamaq üçün investisiya tələblərini müəyyən edəcək yeni siyasi təlimatlar imzalayacaqlar.
Məsələ ilə tanış olan mənbələrin fikrincə, məxfi sənəd NATO müttəfiqlərinin eyni vaxtda bir-birini müdafiə etməli olduğu, habelə 5-ci maddənin əhatə dairəsindən kənar hərbi hadisələr zamanı dövlətlərinin yüksək intensivlikli münaqişədə iştirakının yollarını planlaşdıracaq. 
5-ci maddə NATO-nun qarşılıqlı müdafiə müddəasıdır və hücuma məruz qaldığı təqdirdə bir üzv dövlətin bütün müttəfiqlərinin müdafiəsini nəzərdə tutur.
NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, alyans üzvləri sərmayələri daha ağır qoşunlar və daha güclü hava və raketdən müdafiə kimi kollektiv müdafiə üçün lazım olan imkanlara yönəltməyə təşviq ediləcək.
Sənəddə rəqəmsal modernləşməyə artan investisiya ehtiyacı və ordudan alınan məlumatların kompleks istifadəsinə ehtiyac da qeyd olunacaq.
Təlimatlar qəbul edildikdən sonra NATO hərbi komandanlığı növbəti aylarda Alyansın hər bir üzvü üçün ətraflı tələblər hazırlayacaq.
Nizami Bağırov