Xəbər lenti

Navalnı azadlığa buraxıldı
Dünya09:10 19.07.2013

Navalnı azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kirov Vilayət Məhkəməsi müxalifətçi bloqqer və Moskva meri uğrunda seçkilərdə namizəd Aleksey Navalnı və biznesmen Pyotr Ofitserovu şərti azadlığa buraxıb.

İyulun 19-da səhər saatlarında keçirilən məhkəmədə hakimin qərarından sonra Navalnı və Ofiserov məhkəmə zalından azad edilib.

İyulun 18-də Kirov şəhərinin Lenin rayon məhkəməsi onların müvafiq olaraq 5 və 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Navalnı və Ofiserov prokurorun Lenin rayon məhkəməsinin qərarından verdiyi protest əsasında azadlığa buraxılıblar. Protestdə qeyd olunub ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilənlərin azadlıqda qalması mümkündür. Prokuror həm də Navalnının Moskva meri postuna namizəd olmasını əsas gətirib. Maraqlıdır ki, protest verən prokuror elə onların həbsini istəyən prokurorun özü olub. Navalnı məhkəmədə buna yarızarafat belə reaksiya verib ki, dövlət ittihamçısının oxşarının olmasından şübhələnir.

Navalnı şərti azadlığa buraxılmasını ona azadlıq tələbilə dünən Moskvada keçirilən aksiya ilə əlaqələndirib və “Küçələrə çıxan insanlara təşəkkür edirəm, onlarsız bizim azadlığa buraxılmağımız mümkün olmazdı” deyib.

Qaynar.info