Xəbər lenti

Navalnı Kolçugino istintaq təcridxanasından yoxa çıxdı
Dünya12:50 12.03.2021

Navalnı Kolçugino istintaq təcridxanasından yoxa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müxalifət lideri Aleksey Navalnının tərəfdaşları Vladimir istintaq təcridxanası-3 "Kolçugino"dan çıxarıldığını və siyasətçinin yeni yerinin bilinmədiyini deyib.
Qaynarinfo xəbər verir ki, Navalnının vəkillərinin səhər təcridxanada olduğu, ancaq "müxtəlif bəhanələrlə Alekseylə görüşməsinə icazə verilmədiyi" bildirilir. Günün ortasında vəkillərə Navalnının "getdiyini" söyləyiblər.
"Haraya sualına cavab verməkdən imtina etdilər", - məlumatda deyilir.
Bundan əvvəl Navalnının cəzasını Kolçuginodan bir saatlıq məsafədə yerləşən Pokrovskaya İT-2-də çəkəcəyi ilə bağlı bir versiya müzakirə edilmişdi.
Alpər