Xəbər lenti

Naxçıvan MR 2024-cü il büdcəsi təsdiq edildi
Ölkə 19:55 29.11.2023

Naxçıvan MR 2024-cü il büdcəsi təsdiq edildi

Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 173 105 000,0 manat, xərcləri 516 365 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 343 260 000,0 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 110 474 000,0 manat, yerli gəlirləri 62 631 000,0 manat, mərkəzləşdirilmiş xərcləri 464 440 000,0 manat, yerli xərcləri 51 925 000,0 manat) məbləğində təsdiq edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 62 781 000,0 manat, o cümlədən "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 000,0 manat, yerli xərclər 51 925 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 19 377 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8 671 000,0 manat məbləğində təsdiq edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->