
Türkiyənin Iğdır şəhərinin Karakoyun mahalına bağlı Taşburun diyarında iftar vaxtı terror hadisəsi qeydə alınıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK terror qruplaşmasının üzvləri Iğdır-Naxçıvan yolunda yük maşının qarşısını kəsib. Dilucu sərhəd məntəqəsinə gedən Müstecep Şama aid 76 DF 169 nömrəli yük maşını yandırıblar.
Onlar əvvəl sürücünü avtomobildən düşürüblər. Yoldan keçən qara rəngli bir mikroavtobusa minən terroristlər hadisə yerindən ayrılıb.
Qaynar.info






