Xəbər lenti

Naxçıvanda daha iki qurumda yoxlama başladı (YENİLƏNİB)
Ekonomiks06:40 17.02.2023

Naxçıvanda daha iki qurumda yoxlama başladı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.
Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı APA-nın yerli bürosuna təsdiq edib.
O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.
Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.
10.40
Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.
Fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.
Bunu APA-ya açıqlamasında qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.
O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.