Xəbər lenti

Naxçıvanda deputat-direktorun yerinə təyinat
Ölkə08:07 01.03.2023

Naxçıvanda deputat-direktorun yerinə təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.
APA xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsində təyinat alıb.
Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. 2 gün sonra isə direktor vəzifəsindən azad edilmişdi.
Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.