Xəbər lenti

Naxçıvanda unun qiyməti qalxıb - MONOPOLİYA
Ölkə07:02 07.10.2013

Naxçıvanda unun qiyməti qalxıb - MONOPOLİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Karmen" unları 40 manata satılır 

Azərbaycanın bütün bölgələrində əla növ "Karmen" unları 20 manata satıldığı halda, Naxçıvan Muxtar Respublikasında bu rəqəm 40 manat civarındadır. 

Bu barədə Naxçıvanda yaşayan vətəndaşların Qaynar.info-ya verdiyi məlumatda bildirilir.  

Onların sözlərinə görə, "Karmen" unları Muxtar Respublikada bütün bazarları monopoliyaya alıb və bundan sui-istifadə edən şirkət rəhbərliyi vaxtaşırı qiymətləri bahalaşdırır. Belə ki, 50 kq un kisəsini almaq istəyən vətəndaş nağd 40 manat ödəməlidir. Havaların kəskin dəyişməsi ilə əlaqədar qiymətlərin yenidən qaldırılması da gözlənilir. Bildirilir ki, unun qiymətinin yaxın günlərdə şirkət tərəfindən bolkada şəraitində olan Muxtar Respublikada 50 manata qədər qaldırılacağı gözlənilir. 

Naxçıvandan verilən məlumatda o da bildirilir ki, "Karmen" unlarının Muxtar Respublikaya gətirilməsinə 79 saylı İmişli seçki dairəsindən deputat seçilən Əsabil Qaslımovun oğlu nəzarət edir. Un məmulatlarının, xüsusən də "Karmen"in İran İslam Respublikası vasitəsi ilə Naxçıvana keçirildiyini bildirən sakinlər qiymətlərin bahalığını da bununla əlaqələndirirlər. Onlar iddia edirlər ki, şirkət rəhbərliyi qiymətləri qaldırmaqla bütün yol xərclərini bu və ya digər şəkildə vətəndaşların hesabına ödəyir. 

Qeyd edək ki, deputat Əsabil Qasımovun biznes fəaliyyəti ilə bağlı hələ bir müddət öncə də mediada kifayət qədər məlumat dərc olunub. Belə ki, yayılan məlumatlara görə, deputat seçilənə qədər sahibkarlıq fəaliyyətilə məşğul olan Əsabil Qasımovun biznes şəbəkəsinə iri şirkətlər daxildir. Bu sırada “Karmen” un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən “Karat” dəyirmanını, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunu, mərkəzdə hündürmərtəbəli binalar inşa edən tikinti şirkətini və s. göstərmək olar. 

Hazırda da oğlu Taleh Qasımov tərəfindən idarə olunan “Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. 

Blokada şəraitində yaşayan soydaşlarımız isə bu şirkətin monopolist siyasətindən hər gün əziyyət çəkməkdədir.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq. 

Qaynar.info