Xəbər lenti

Nazarbayev Putinlə ilk görüşündən danışdı
Dünya05:36 25.12.2019

Nazarbayev Putinlə ilk görüşündən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev 20 il əvvəl Rusiyanın gələcək prezidenti Vladimir Putinlə ilk tanışlığı zamanı rusiyalı siyasətçinin enerjisi, həmçinin hər hansı bir çağırışa aydın və dəqiq cavab verməyə hazır olmasının onu heyrətləndirdiyini deyib.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, Nazarbayev, o anda bu gənc siyasətçinin həyatda hər şeyə hazır olduğunu hiss etdiyini bildirib.

Keçmiş Qazaxıstan lideri hesab edir ki, ruslar ölkəni "ən çətin sınaqlardan” keçirən Vladimir Vladimiroviçlə "çox şanslıdırlar”.

O qeyd edib ki, Putinin dövründə Rusiya yenidən böyük güc dövlətinə çevrilib.