Xəbər lenti

Nazarbayevin ermənipərəst qızının səlahiyyətlərinə xitam verildi
Dünya07:00 02.05.2020

Nazarbayevin ermənipərəst qızının səlahiyyətlərinə xitam verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən Senatın sədri idi. 
D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.