Tunisin səhiyyə naziri Əbdürrauf Şərif vəzifəsindən istefa verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nazirin istefasına səbəb 2 gün öncə paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 11 uşağın ölməsidir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.