Xəbər lenti

Nazir: “Bolqarıstan Rusiya qazını Ukrayna deyil, Türkiyə vasitəsilə alacaq”
Dünya12:43 01.01.2020

Nazir: “Bolqarıstan Rusiya qazını Ukrayna deyil, Türkiyə vasitəsilə alacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1 yanvar 2020-ci il tarixindən etibarən Rusiya qazı Bolqarıstana "Türk Axını” boru kəməri vasitəsilə axmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Bulgartransgaz”ın icraçı direktoru Vladimir Malinov məlumat verib. Onun sözlərinə görə, ölkə hər il 2,9 milyard kubmetr qaz qəbul edəcək. 
"Bu gündən etibarən Bolqarıstan Rusiya qazını Ukrayna vasitəsilə deyil, Türkiyə vasitəsilə yeni qaz təchizatı nöqtəsindən – "Strandja 2” kompressor stansiyasından alır... İnfrastrukturumuz bu həcmdə qazı qəbul etməyə hazırdır”, - Malinov Bolqarstan milli radiosuna deyib. 
Bolqarıstan və Rusiya arasında qazla bağlı razılıq 2019-cu ilin sonunda əldə edilib. Bolqarıstanda qazın qəbul nöqtəsindəki bu dəyişikliyin istehlakçılar üçün qiyməti 5% endirəcəyi gözlənilir. İllik qənaət 70 milyon leva (təxminən 35 milyon avro) qiymətləndirilir.
Qeyd edək ki, Energetika naziri Temenujka Petkova bir qədər əvvəl Bolqarıstanda "Balkan Axını”nın inşasının sürətlə davam etdiyini bildirmiş, Rusiya Prezidenti Vladimir Putin isə illik mətbuat konfransında Bolqarıstanın "Türk Axını”nın öz ərazilərində həyata keçirilməsini qəsdən ləngitdiyini demişdi. O, Rusiyanın boru kəmərini çəkmək üçün başqa bir yol tapacağı ilə Bolqarıstanı hədələmişdi.