
Davudoğlu: "İnsanların ölümündə Əsəd günahkardır"
“Suriyada dinc insanlara qarşı kimyəvi silahdan istifadə edilib. Bunun Suriya hakimiyyəti tərəfindən edildiyinə heç bir şübhəm yoxdur”.
Ans Press-in Türkiyə mediasına istinadən məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Suriyada rejim tərəfindən kimyəvi silahlardan istifadə edildiyi kəşfiyyat məlumatları ilə tam sübuta yetirilib: “Buna görə, rejim sorumludur”.
Türkiyə rəsmisi kimyəvi silahdan Suriya ordusu yoxsa Bəşər Əsədi dəstəkləyən silahlı qruplaşmaların istifadə etdiyinin mübahisəli olduğunu deməklə yanaşı bundan sonrakı mərhələdə məsuliyyətin beynəlxalq ictimaiyyətin üzərinə düşdüyünü deyib: 'Şahidlər, hadisə yerindən olan videolar və kimyəvi silahın tətbiq edilyi yerdə çalışan həkimlərdən aldığımız məlumatlar bunu təsdiq edir. Kimyəvi silahin simpomlarından həlak olanların heç birində yara və qan izi olmayıb. Onların hamısı boğulma və qazdan zəhərlənib. Bu əlamətlər də kimyəvi silah hücumuna açıq işarədir”.
Qaynar.info