Xəbər lenti

Nazir etirazçıların həbsini belə "bəzədi"
Dünya09:31 27.03.2013

Nazir etirazçıların həbsini belə "bəzədi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın ədliyyə naziri Aleksandr Konovalyov müasir rus cəmiyyətinin qanunlara hörmət eləmədiyini, əxlaqi və mənəvi dəyərlərini getdikcə itirdiyini söyləyib. 

Qaynar.info-nun məlumatına görə, Dumada bir qrup müəllim və tələbə ilə görüşən Konovalyov Xilaskar İsa Kilsəsində şou göstərən "Pussy Riot" qrupunun aksiyasını xatırladaraq, ölkədə mənəvi dəyərlərin azaldığını deyib. 

Konovalyov, "Bu qızlar kilsədə aksiya keçirdiyi vaxt, Rusiyanın başqa bir bölgəsində kiçik qızın qaçırılması hadisəsini heç kim eşitmədi" deyib. Nazir 3 yaşlı qızın anası və ögey atası tərəfindən döyülərək öldürüldüyünün ortaya çıxdığını xatırladıb. 

Cəmiyyət olaraq mənəvi dəyərlərə hörmətsiz yanaşıldığını bildirən nazir, "Cəmiyyətimizdə kilsədə oynamaq, əsgər abidələrinin məşəlində kabab bişirmək, qadın və uşaqların yanında söyüş söymək və vicdanımıdan utanmayaraq, yolun kənarına kiçik tualet ehtiyacımızı ödəmək adi hala çevrilib" deyib. 

Qaynar.info