Xəbər lenti

Nazir müavini avtomobil qəzasında öldü
Dünya16:23 19.06.2013

Nazir müavini avtomobil qəzasında öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Dağıstanın Babayurt rayonunda respublikanın sənaye və nəqliyyat nazirinin müavini Qurban Şeyxməhəmmədovun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, qəza nəticəsində Qurban Şeyxməhəmmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polisin məlumatına görə, qəza iyunun 19-da günorta saatlarında baş verib: məmurun sürücüsü yüngül xəsarət alıb, Qurban Şeyxməhəmmədov isə xəstəxanaya aparılarkən aldığı ağır xəsarətlərdən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.  

Qaynar.info