Misirin miqrasiya naziri Nabila Makram müxalifləri ölümlə hədələyib.
Qaynarinfo xəbər verir ki, Kanadanın Toronto şəhərində çıxış edən nazirin hədələri sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb. N.Makram aşağıdakı fikirləri səsləndirib:
"Bizim sadəcə bir ölkəmiz var, o da Misirdir. Misir bizi bir araya gətirən və yaxınlaşdıran şeydir. Hara gediriksə, həmişə ürəyimizdə olacaq. Bununla bağlı mənfi fikirlərə dözə bilmərik. Misir əleyhinə danışan hamı doğranacaq".
Kanadada fəaliyyət göstərən Misirli Kanadalılar Demokratiya Koalisiyası adlı təşkilat N.Makramı bu sözlərinə görə məhkəməyə verib. Qurumun sədri Əhməd Əbdülqadir Nabila Makramın Kanada torpaqlarında Kanada vətəndaşlarını ölümlə hədələməsini rüsvayçılıq adlandırıb.
Gülşən