Xəbər lenti

Nazir oğlu ağır qəza keçirdi: yaralılar var
Dünya09:35 14.09.2013

Nazir oğlu ağır qəza keçirdi: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saat 08:00 radələrində Ermənistanın idman nazirinin oğlu yol qəzası keçirib.

Anspress-in “News.am” saytına istinadən verdiyi məlumata görə, nazir Yuri Vardanyanın oğlu Noray Vardanyan “Lexus” markalı, 24 LL 099 dövlət nömrə nişanlı avtomobildə gedərkən qarşıdan gələn “Qazel” markalı avtobusla toqquşub.

Qəza zamanı “Lexus” markalı avtomobili idarə edən 26 yaşlı Noray Vardaryan və “Qazel” markalı avtobusda olan digər 4 nəfər ağır yaralanıb.

Qaynar.info