Xəbər lenti

Nazir oğlu qumarda 700 min avro uduzdu
Dünya15:39 18.09.2013

Nazir oğlu qumarda 700 min avro uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Monako şəhərindəki kazinolardan birinin sahibi Fransa xarici işlər naziri Loran Fabiusun oğlunun borcunu bağışlayıb. Cavan oğlan bu ilin yazında həmin kazinoda 700 min avro uduzubmuş.

Musavat.com-un Fransa KİV-lərinə istinadən verdiyi xəbərə görə, məsələ ilə artıq hüquq-mühafizə orqanları maraqlanmağa başlayıb. Onlar Monakonun Maliyyə Nazirliyində, habelə kiçik Fabiusun qumar oynadığı kazinoda axtarış aparılmasını xahiş edirlər.

Polis kazino sahibinin hansı şərtlər əsasında nazirin oğlunun borcunu sildiyini və eyni zamanda nazir balasının Parisdə 280 kvadrat metrlik dəbdəbəli mənzili hansı vəsaitlə aydınlaşdırmaq istəyir.

Qaynar.info