Xəbər lenti

Nazir: "Kənd təsərrüfatı yarmarkaları bərpa oluna bilər"
Ekonomiks16:15 16.07.2015

Nazir: "Kənd təsərrüfatı yarmarkaları bərpa oluna bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda yarmarkaların fəaliyyətindəki fasilənin əsas səbəbinə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, nazir bu barədə Kənd təsərrüfatı və kənd yerlərinin inkişafına büdcə dəstəyi proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə bildirib.

Heydər Əsədovun sözlərinə görə, yarmarkaların fəaliyyətinin dayandırılmasının əsas səbəbi bir sıra rayonlarda, əsasən Xətai rayonunda əhali tərəfindən Bakı Şəhəri İcra hakimiyyətinə yarmarkaların onların normal yaşayış şəraitinə mane olması barədə müraciətlərin daxil olmasıdır. Bu sahələrdə monitorinq aparıb və ünvan dəyişikliyi edərək başqa yerə köçürmək nezərdə tutulub. Bununla bağlı isə hələlik son qərar yoxdur. Amma gələcəkdə bərpa oluna bilər.

Qeyd edək ki, kənd təsərrüfatı yarmarkaları 2006 ildən etibarən Bakı şəhərində Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbayıl, Suraxanı və Binəqədi rayonlarında keçirilib.