Xəbər lenti

Nazir özünü cərimələdi
Dünya10:44 21.06.2013

Nazir özünü cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyasındakı qəzanın nəticələrinin aradan qaldırılmasıyla bağlı siyasətin koordinasiyasına cavabdeh olan yenidənqurma naziri Takumi Nemoto özünü cərimələyib. 

Nazir tabeçiliyində olan əməkdaşınının "Twitter"də yol verdiyi kobudluğa görə özünün bir maaşından imtina edib.

Nemotonun özünü cəzalandırmasına səbəb olan məmur "Twitter"də 2011-ci ildəki qəzadan zərər çəkən rayonların sakinlərini təhqir etməsi olub. Qalmaqal iyunun 13-də baş verib. Nemotoya bağlı olan Yenidənqurma Agentliyinə təyinatı verilən və "Fukuşima" AES-dəki qəzadan zərər çəkənlərə yardım işinə baxan daxili işlər və kommunikasiya nazirinin müşaviri Yasuhido Midzuno mikrobloqunda yarım istəyən vətəndaşları "axmaq solçular" adlandırıb, eyni zamanda yerli hökumət orqanlarının və deputatların ünvanına xoşagəlməz ifadələr işlədib. Məmura bir aylıq işdən uzaqlaşdırma cəzası verilib və başqa bir quruma göndərilməsi gözlənilir. Onun tabe olduğu şəxslərə isə xəbərdarlıq edilib.

Qaynar.info