Ukrayna daxili işlər naziri Arsen Avakov Rusiyada ona və İqor Kolomoyskoqoya qarşı açılmış cinayət işinin onların fəaliyyətinin "yüksək qiymətə" layiq olduğunun sübutu olaraq qiymətləndirib.
"Mənim və İqor Valeriyeviçin işinə yüksək qiymət üçün təşəkkür. Öhdəmə götürürəm ki, bundan sonra da Ukraynaya belə xidmət edəcəm ki, Putin rejiminə maksimum narahatçılıq yaradım", - deyə Facebook-da Avakov yazıb.
ANS PRESS-in məlumatına görə, çərşənbə günü Rusiya İstintaq Komitəsi Arsen Avakov və Dneprepetrovsk vilayətinin başçısı İqor Kolomoyskoqoya qarşı "qətllərin təşkili" və "müharibənin qanunsuz metodlarla aparılması" ittihamları ilə cinayət işi açıb.