Xəbər lenti

Nazirin videosu yayıldı (VİDEO)
Dünya07:12 30.06.2013

Nazirin videosu yayıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Egemen Bağış özü barədə hazırlanan gülməli videonu sosial şəbəkədə yayıb

Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış özü barədə hazırlanan gülməli videonu sosial şəbəkədə yayıb. Nazir öz “Twitter” səhifəsində videonun onu lağa qoymaq üçün hazırlandığını yazıb. 

“Bizi lağa qoymaq üçün hazırlanıb, amma çox gülməli alınıb. Biz güldük, sizin də həftə sonunuz keyfli olsun”, – deyə nazir Egemen Bağış qeyd edib. 

Qeyd edək ki, Yorgo Angelopoulos adlı istifadəçi tərəfindən 27 iyun 2013-cü il tarixdə “YouTube”a yüklənən “Re-Cepin bitanesi” adlı video 3 gündə 192 000 dəfə izlənib. /anspress/