Xəbər lenti

Nazirlə Di Kaprio az qaldı ki, öpüşsün - Qalmaqallı foto
Dünya09:28 18.06.2014

Nazirlə Di Kaprio az qaldı ki, öpüşsün - Qalmaqallı foto

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilən "Bizim okeanlar” (Our Ocean) adlı ətraf mühitin qorunmasına həsr olunan konfransa nazir ilə aktyorun fotosu damğasını vurub. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransda Sakit okeanda dəniz məskəni  hazırlanacağı açıqlanarkən ABŞ dövlət katibi Con Keri ətraf mühitin qorunmasında fəal iştirak edən məşhur aktyor Leonardo Di Kaprionu səhnəyə dəvət edib. 

Keri məşhur aktyorun ətrafı və okeanları qoruma mövzusunda gördüyü işlər və göstərdiyi səy üçün Di Kaprioya təşəkkür edib. 

Fotoqrafın tutduğu bu kadr isə ictimai mediada geniş müzakirəyə səbəb olub.  

Qaynar.info