Xəbər lenti

Nazirlər Kabineti: Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir
Ölkə12:56 09.03.2021

Nazirlər Kabineti: Azad olunan ərazilərdə hərbçilərin yerləşdirilməsi davam etdirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerdəyişməsi və şəxsi heyətin yerləşməsi ilə bağlı maddi-texniki təminat tədbirləri davam etdirilir”.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Silahlı Qüvvələrin maddi-texniki şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı bina və qurğular tikilib istismara verilib, bir sıra obyektlərin tikintisi isə davam etdirilib.