Xəbər lenti

Nazirlik 18 yaşına çatmayan vətəndaşlara müraciət etdi
Ölkə09:29 01.08.2013

Nazirlik 18 yaşına çatmayan vətəndaşlara müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi xarici ölkələrdə orta və ali təhsil alan və ya təhsil almaq üçün gedən yetkinlik yaşına (18 yaşına) çatmayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, müraciətdə bildirilir ki, 18 yaşına çatmayan vətəndaşlar ümumvətəndaş pasportu almaq məqsədilə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanacaq arayışın hazırlanması üçün lazımi sənədləri Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təqdim olunacaq sənədlərə ərizə forması, ata və ananın notarial qaydada təsdiq olunmuş razılıq məktubu, xaricdə təhsil almasını sübut edən  dəvət məktubu (notarial  qaydada təsdiq və tərcüməsi ilə) və şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin sürəti daxildir.

Qaynar.info