Xəbər lenti

Nazirlik 5 milyon manata maşın və avadanlıq alır
Ekonomiks17:15 17.12.2023

Nazirlik 5 milyon manata maşın və avadanlıq alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibləri - "Koneks Construction” MMC və "ST Mark” QSC olub.
Yeniavaz.com xəbər verir ki, İdarə "Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə ümumilikdə 5 milyon 203 min 595 manat 65 qəpik ödəyəcək.
Belə ki, "Koneks Construction” MMC məktəbəqədər təhsil müəssisələrinə "Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə 3 milyon 285 min 563 manat 21 qəpik, "ST Mark” QSC isə ümumtəhsil müəssisələrinə "Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınmasına görə 1 milyon 918 min 32 min 44 qəpik alacaq.
Nizamnamə kapitalı 10 manat olan "Koneks Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə, ev 39, mənzil 202-də yerləşir. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Nizamnamə kapitalı 2 min manat olan "ST Mark” QSC-nin is hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 102A-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsmayılov Fərxan Məhəmmədhüseyn oğludur.