Ekonomiks 13:15 29.03.2023

Nazirliyə məxsus zavod rektorun bankını məhkəməyə verdi

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Bakı Cihazqayırma Zavodu” MMC "Muğanbank” ASC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, zavodun iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin mahiyyəti bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrdən ibarətdir. 

"Bakı Cihazqayırma Zavodu” MMC 1994-cü ildə yaradılıb. Zavodun direktoru Rasim Gözəlovdur. O, bundan əvvəl nazirliyə məxsus "Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC-nin direktoru olub. Rasim Gözəlov eyni zamanda Azərbaycan Aşihara Karate Federasiyasının prezidentidir. O,"Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru vəzifəsində də çalışıb.

"Muğanbank” ASC Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilir. Bankın səhmdarları aşağıdakı şəxslərdir:

Mehtiyev Elmir Maqbet oğlu - 67,74 %
Mehtiyev Maqbet Rəhim oğlu- 11,58 %
Vəliyeva Vəfa Əhməd qızı - 10,65 %
Mehtiyeva Fəridə Cahandar qızı -10.03 %

Elmir Mehtiyev Əhməd Vəliyevin kürəkənidir, Vəfa Mehtiyeva onun qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır.

Seyid