
Xalq artisti Nazpəri Dostləliyeva həmkarı İlhamə Quliyeva ilə yaşadığı qalmaqaldan danışıb.
Qaynar.info-nun məlumatına görə, artıq yekunlaşan məhkəmə prosesindən söhbət açan xalq artisti “Onlar” verilişinə açıqlamasında həmkarını təhqir etmədiyini bildirib:
“Mən efirdə heç kimə heç vaxt təhqir olunacaq söz deməmişəm. Amma məhkəmənin qərarına hörmət əlaməti olaraq təkzib verirəm. Lakin yenə də deyirəm ki, heç kimi təhqir etməmişəm”.
Qaynar.info