Xəbər lenti

İdman 17:47 10.02.2023

NBA-dan Türkiyəyə dəstək

Amerika Basketbol Liqasında (NBA) "Filadelfiya"nın formasını geyinən Coel Embiidin imzalı forması Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək məqsədilə hərraca çıxarılır.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Türkiyə millisinin basketbolçusu Furkan Korkmaz sosial media hesabından verdiyi açıqlamada bildirib.
 
O, komanda yoldaşı Embiidin formasının zəlzələdən zərər çəkənlərə və sağ qalanlara dəstək üçün hərraca çıxarılacağı, satışdan gələn gəlirin hamısının "Ahbap Dərnəyi"nə bağışlanacağı haqda məlumat verib.

Korkmaz gigər ulduz oyunçu Ceyns Hardenin də imzalı forması ilə töhfəsini verəcəyini açıqlayıb: "Mən Ceyms Hardenlə də danışdım. O, bizim dərdimizə şərik olduğunu və nə lazımdırsa, etmək istədiyini söylədi. Biz də onun imzalı formasını auksionla satışa çıxarırıq. Əldə ediləcək gəlir "Ahbap Dərnəyi"nə göndəriləcək".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->