Xəbər lenti

İdman 12:05 05.08.2023

NBA ulduzundan astronomik müqavilə

"Los-Anceles Leykers” Entoni Deyvislə üçillik müqavilə imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, basketbolçu karyerasını daha üç il "Los Angeles Lakers”də davam etdirəcək . 30 yaşlı oyunçu üç il müddətinə 186 milyon dollar alacaq.

Ulduz oyunçu son müqaviləsinə əsasən ildə 38 milyon dollar qazanırdı. Yeni müqaviləyə görə isə bu rəqəm iki dəfəyə yaxın artıb. Yəni, basketbolçu ilinə 62 milyon dollar qazanacaq.

Deyvis, 2019-cu ildə "New Orleans Pelicans”dan transfer olunub. O, yeganə NBA çempionluğunu da məhz bu klubun heyətində qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->