
Bəzi fotoqraflar var ki, onların çəkdikləri fotolarda olmasanız belə, izləyərkən özünüzü o anı yaşamış kimi hiss edərsiniz.
"Qaynarinfo" sizə həmin fotolardan ən yadda qalanlarını tarixçələri ilə birgə təqdim edir.
1. Bolqarıstanda şagirdlərin qəribə reaksiyası

2. Moskvada bayram namazlarının birində namaz qılmaq istəyənlərin sayı çox olur. Məscidə sığışmadıqları üçün səccadələri ilə birgə yolları bağlayırlar. Elə bu vaxt heç kəsin alışmadığı bir mənzərə ortaya çıxır. Bir qadın namaz qılanların arasından keçməyə başlayır. Rusiyanın məşhur fotoqrafı İlya Varlamov bu anı qaçırmır və ortaya bu kadır çıxır. Varlamovun bu fotosu Facebookda böyük qalmaqala səbəb olur. Bəziləri qadını, bəziləri də yolda namaz qılanları qınayır.

3. Çində psixoloji xəstə olan adam iki yaşlı uşağı ilə pəncərəyə çıxır və polislər tərəfindən xilas edilir.

4. Şri Lankada nəzarətdən çıxan fil maşına hücum edir.

5. Qvatemalada insanın qanını donduran bir hadisə yaşanır. Avtobusda olan sərnişinlər Alehandra Maria Torres və 3 başqa adamı soyğunçuluqda günahlandırır. Kişilər qaça bilir, amma qadın sərnişinlərin əlində qalır. Onlar öncə onu döyür, sonra çılpaq soyundururlar.

6. Çinin Jianqu bölgəsinə bağlı olan Vuksi kəndində əli bıçaqlı adam küçənin ortasında baldızını əsir götürür. Yerli mətbuatda çıxan xəbərlərə görə, narkotik maddənin təsiri altında olan adamı polislər 1 saat zaman sərf etdikdən sonra zərərsizləşdirir. Qadın heç bir yara almadan canını qurtarır, amma cinayətkar həbs edilir.

7. Şri Lankanın cənubunda yerləşən Akuressa kəndində bir məscid. Məhəmməd Peyğəmbərin ad günündə "canlı bomba"nın özünü partlama anı.

8. Amerika əsgəri Olas Bin Əfqanıstan müharibəsində. Səngəri kənarına güllə dəyir, əsgər başını aşağı əyir və sağ qalır.

9. 2006-cı il Dünya çempionatının final oyununda Fransanın məşhur futbolçusu Zinəddin Zidanın italyan futbolçu Marko Materazziyə vurduğu kəllə.

10. Hollandiyanın Apeldorn kəndində Kraliça Günündə avtomobil sürətlə mərasim keçirilən əraziyə daxil olur.

11. Amerikalı pop musiqiçi Maykl Cekson 2002-ci ildə Almaniyanın paytaxtı Berlində şəxsi ziyarətdə olduğu zaman, uşağını balkonun eyvanında aşağı sallayaraq pərəstişkarlarına göstərməsi etirazlara səbəb olmuşdu.

12. AFP xəbər agentliyindən Kenji Nagai Burmanın Yanqon şəhərində polis və əsgərlərin etirazçıları dağıtmaq üçün açdıqları atəş nəticəsində yerə uzanarkən... 50 yaşında olan müxbir Nagai polislərin açdığı atəş nəticəsində yaralanmış və dünyasını dəyişmişdi.

13. İtaliyada polisə qarşı çıxan etirazçı.

14. Fransanın "Marignan Aeroportu"... Terroristlərin hücum etdiyi təyyarədə pilotun kokpittden tullanıb, xilas olmağa çalışdığı an.

15. Polşada havada şou göstərən iki təyyarə toqquşur.

16. 2000-ci il Parisdə təyyarə qəzası.

17. İraqın Basra bölgəsində hücuma məruz qalan tankın üstündən tullanan ingilis əsgəri.

18. Qəza bölgəsində hava hücumu.

19. Brazilyalı yarışçısı Lusiano Burtinin qəza anı.

20. 2009-cu ildə Argentinada keçirilən Ralli yarışında qəribə qəza baş verir. Torpaq yolda sürətlə hərəkət edən yarış avtomobili qəfildən qarşısına çıxan 3 atı vurur.

21. İraqa vida ziyarətində iştirak edən Corc Buş pis bir sürprizlə qarşılaşır. İraqlı jurnalist "Bu sənə vida öpüşümdü" deyərək, ayaqqablarını Buşun başına atır. Buş hücumdan başını əyərək qurtulur.

Lalə Niftalıyeva
Qaynarinfo.Az