Qərb mediasına və rusdilli müxalifət informasiya resurslarına bilərəkdən Rusiya prezidenti Vladimir Putinin "ölümcül xəstə” olması, onu "uzaqlaşdırmaq istədikləri” barədə məlumatlar "sızdırılır”, elita isə artıq onun yerinə adam axtarır.
Qaynarinfo xəbər verir ki, bu haqda sosioloq İqor Eydman "Facebook”da
yazıb.
O qeyd edib ki, Rusiya Federasiyasının rəhbərini getməkdə olan şəxs kimi təqdim edən informasiya kampaniyasında Rusiya xüsusi xidmət orqanlarının xətti aydın görünür.
"... Onun xərçəng xəstəliyinə tutulması, aradan götürülməsinə hazırlıq, yuxarıdakıların onun yerinə adam axtarması ilə bağlı xəbərlər tez-tez yayılır. Mənbələr "General SVR” kanalından tutmuş Lubyanka (KQB. –red.) tərəfindən satın alınmış rejissor Oliver Stouna qədər qaranlıqdır. Onlar hamısı, eləcə də "Keçmiş kəşfiyyatçılar, anonim oliqarxlar və Kremldəki mənbələr belə şayiələri Qərb mətbuatına və rusdilli müxalifət mediasına sızdırır...”, - ekspert qeyd edib.
Sosioloq bu cür "şayiələrin” məqsədinin "opponentləri, ilk növbədə, britaniyalıları və amerikalıları ruhlandırmaq” olduğunu deyib ki, Putinə qarşı hər hansı ciddi xüsusi əməliyyat keçirməyin mənası yoxdur, çünki o, hər halda öləcək və ya hakimiyyətini itirəcək.
Onun fikrincə, belə bir informasiya kampaniyasının mesajı bundan ibarətdir: əsas odur ki, xəstə qəzəbləndirilməsin, nüvə silahından istifadə etməsin, sonra o, "sadəcə yox olur və hər şey yoluna düşür”.
"... Amma bunların hamısı Qərb üçündür, ancaq o, öz ölkəsindəkələrə özünü maço-kişi kimi göstərməyə davam edir...", - Eidman vurğulayıb.
Sosial şəbəkələrdə sosioloq Eidmandan soruşublar ki, Putinin xərçəngə tutulması təsdiqlənsə, səhv etdiyini etiraf etməyə hazır olacaqmı? Ekspert bu suala belə cavab verib: "Məmnuniyyətlə”.
Bundan əvvəl dünyanın bir sıra ekspertləri və mediası Vladimir Putinin xəstə olduğunu yazmışdı. Xüsusilə, Rusiya liderinin şizofreniya, qarın boşluğu xərçəngi və qalxanabənzər vəzi xərçəngi, Parkinson xəstəliyi və demensiyaya tutulduğu bildirilirdi.
Mayın sonunda isə sosial şəbəkə Rusiya liderinin əməliyyat olunduğu barədə məlumat yayıb.
Alpər