Xəbər lenti

“Neftçi”dən transfer: Qana millisinin sabiq üzvü gəldi
İdman05:33 30.06.2018

“Neftçi”dən transfer: Qana millisinin sabiq üzvü gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir keçidi rəsmiləşdirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı futbolçu Kvame Karikari ilə 2 il müddətinə müqavilə imzalanıb.
26 yaşlı hücumçu komandamızın 11 nömrəli formasını geyinəcək.
Sonuncu klubu "Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib
Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirmişdi.