"Neftçi” Romen Baskla yolları ayırıb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
26 yaşlı oyunçu Liqa 3-də çıxış edən "Şatoru" klubu ilə anlaşıb. Bu gündən yeni komandasında məşqlərə qoşulan futbolçu ilə yanvarın 1-də - Fransada qış transfer pəncərəsi açıldıqdan sonra müqavilə imzalanacaq. Sözləşmənin detalları bəlli deyil.
Bu ilin yayında Fransanın "Havr" klubundan "Neftçi”yə transfer olunmuş Bask 12 oyunda ağ-qara formanı geyinib. O, "ağ-qaralar"la 2 illik müqavilə imzalamışdı.