İdman 21:43 19.12.2022

"Neftçi" legioneri ilə müqaviləni pozdu

"Neftçi" futbolçusu Mamadu Mbocla vidalaşıb.

Klubun rəsmi saytından verilən məlumatına görə, seneqallı müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında "Neftçi”yə transfer olunmuş 29 yaşlı oyunçu 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2020/2022 mövsümündə Azərbaycan çempionu olub.