"Turan Tovuz" növbəti transferini reallaşdırıb.
Qaynarinfo xəbər verir ki, klub Turan Vəlizadə ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Neftçi”yə məxsus olan gənc futbolçu icarə əsasında 1 il Tovuz klubunun şərəfini qoruyacaq.
"Turan Tovuz" buna qədər "Şamaxı”dan ayrılan Kamal Bayramov, Tərlan Quliyev, Şəhriyar Əliyev, o cümlədən, "Sumqayıt”la vidalaşan Tərlan Əhmədlini və "Sabah"ın futbolçusları Şakir Seyidovla Veysəl Rzayevi də heyətinə qatıb.
Hər bir futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Səbuhi Həsənov
Şərhlər