Xəbər lenti

İdman 16:28 15.02.2026

"Neftçi" Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazandı

"Neftçi" Misli Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv XX turda "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı klubunun heyətində 27 və 38-ci dəqiqələrdə Bassala Sambu, 40-cı dəqiqədə Emin Mahmudov fərqlənib. Gəncə təmsilçisində Rauf Hüseynli 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, Məqsəd İsayev 72-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanda qovulub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" hələlik 5-ci pillədə qərarlaşıb. Qonaqlar əvvəlki turlarda "Qəbələ" (1:0) və "Araz-Naxçıvan"ı (4;0) üstələyib. "Kəpəz" isə 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.
--> -->