Xəbər lenti

“Neftçi” Qvineya yığmasının üzvünü baxışa çağırdı
İdman13:52 26.11.2019

“Neftçi” Qvineya yığmasının üzvünü baxışa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” baxışa daha bir futbolçu dəvət edib. 
Qaynarinfo paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu, qvineyalı Nabi Silladı. 21 yaşlı Silla hücumçudu. 
"Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində "Satellit” (2015-2017), "Qanqan” (2017-2018) və "Koyah” (2018-2019) klublarında çıxış edib. 
Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Silla hazırda U-23-ün üzvüdü. Klubun məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.