Xəbər lenti

"Neftçi" yeni transferi üçün nə qədər pul ödəyib?
İdman14:29 12.08.2025

"Neftçi" yeni transferi üçün nə qədər pul ödəyib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi”nin braziliyalı yeni transferi İqor Ribeyronun transferi üçün ödədiyi məbləğ məlum olub.
Bizim.Media "Transfermarkt” portalına istinadən xəbər verir ki, "ağ-qaralar” 28 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün "Araz-Naxçıvan”a 350 min avro (təxminən 695 min manat) ödəyib.
Ribeyronun "Araz-Naxçıvan”la 2025/2026 mövsümünün sonuna qədər müqaviləsi qüvvədə idi.
Qeyd edək ki, "Neftçi” braziliyalı ilə 2 illik müqavilə imzalayıb.