Xəbər lenti

"Neftçi", "Zirə" və "Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi
İdman16:25 20.07.2026

"Neftçi", "Zirə" və "Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Qaynarinfo-nun məlumatına görə, "ağ-qaralar" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını məğlub etsə, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Zirə"nin də III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Qartallar" II raundda Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdırsa, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan təmsilçisi ÇSKA-ya uduzsa, bu turnirdə "Dinamo" (Kiyev, Ukrayna) - PAOK cütünün məğlubu ilə görüşəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.