Xəbər lenti

"Neftçi"nin sabiq hücumçusu Portuqaliya klubuna keçdi
İdman18:31 08.07.2021

"Neftçi"nin sabiq hücumçusu Portuqaliya klubuna keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra karyerasını Portuqaliyada davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, braziliyalı hücumçu "Pasuş de Ferreyra" komandasına keçib. Klubun rəsmi saytı 26 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, 2016-cı ildə "Neftçi"nin formasını geyinmiş Denilson "ağ-qaralar"ın heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub.