Xəbər lenti

Neftlə bağlı başqa çarə yoxdur - Küveyt
Dünya17:39 14.05.2016

Neftlə bağlı başqa çarə yoxdur - Küveyt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neft ixracatçılarının hasilatın indiki həcminin səviyyəsini dondurmaqdan başqa çarəsi yoxdur. 

Bu fikri Küveytin xarici işlər nazirinin müavini Xalid Süleyman əl-Caralla səsləndirib.

Xatırladaq ki, neft hasil edən ölkələr aprelin 17-də Dohada keçirilən görüşün yekunlarına əsasən hasilatın səviyyəsinin dondurulması barədə razılığa gəlməyə müvəffəq olmayıblar. Kartelin üzvü olan bir sıra ölkələr, ilk növbədə Səudiyyə Ərəbistanı OPEC-in bütün üzvlərinin, o cümlədən hasilatı yalnız sanksiyalardan əvvəlki həcmə - sutkada 4 milyon barrelə çatdırandan sonra dondurmağa hazır olduğunu bildirən İranın bu sazişdə iştirakını vacib sayıb. Görüşdə iştirak edən Azərbaycan hasilatın dondurulması haqqında sənədi imzalamağa hazır olub.

OPEC ölkələrinin iyunun 2-də keçiriləcək görüşündə neft hasilatının dondurulması məsələsi müzakirə ediləcək.

Qaynarinfo.az