Almaniyanın özüyeriyən haubitsaları Berlinin vəd etdiyi ağır silahların ilk partiyasında Ukraynaya çatdırılıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri
bildirib.
Ukrayna Sovet dövründən qalma silah arsenalı tükəndiyi üçün Qərbdən daha çox və daha yaxşı artilleriya göndərməyi xahiş edir.
"Almaniyanın "Panzerhaubitze 2000”-ləri təlim keçmiş ukraynalı ekipajları ilə birgə Ukrayna artilleriya ailəsinə qoşulub”,- Ukraynanın müdafiə naziri Oleksey Reznikov sosial şəbəkədə yazıb.
Panzerhaubitze 2000 Bundesver inventarındakı ən güclü artilleriya silahlarından biridir və 40 km məsafədəki hədəfləri vura bilir.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Almaniyanın vəd etdiyi digər silahların, o cümlədən 30 Gepard tankı və üç MARS II reaktiv yaylım atəşi sistemləri, həmçinin 500 çiyindən atılan "Stinger” raketlərinin siyahısını dərc edib.
Nurlan Hüseynov