"Belaruskali" müəssisənin işçiləri tətil elan ediblər.
Qaynarinfo xəbər verir ki, bu qərar avqustun 17-də səhər müəssisə rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində qəbul edilib.
Fəhlələrin lideri deyib ki, onların sadəcə başqa çarələri yoxdur, çünki ölkə hakimiyyəti xalqın iradəsinə tüpürüb və müəssisələrindən əldə edilən gəlir OMON-un istifadə etdiyi güllələri almaq üçün istifadə olunur. Hazırda işçilər tətil komitələri yaradırlar. Tut.by xəbər verir ki, rəsmi olaraq "Belaruskali”nin dayandırılması həmkarlar ittifaqı vasitəsilə elan ediləcək.
Qeyd edək ki, "Belaruskali" Belarus müəssisəsidir, kalium mineral gübrələrin istehsalçısıdır, dünyada ən böyük (dünyada hər altıncı ton potas gübrəsini bu müəssisə istehsal edir) müəssisələrdən biridir, MDB-də isə "Uralkali”dən sonra ikinci yerdədir. Açıq Səhmdar Cəmiyyət Minsk vilayətinin Soliqorsk şəhərində yerləşir.
Alpər