Xəbər lenti

Nemət Pənahlını polislər naməlum istiqamətə aparıb
Ölkə09:59 11.04.2016

Nemət Pənahlını polislər naməlum istiqamətə aparıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nemət Pənahlı polislər tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılıb. Məlumatı Qaynar.info-ya Nemət Pənahlının ailə üzvləri veriblər.

N.Pənahlının ailə üzvlərinin sözlərinə görə, hadisəyə səbəb AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya edən gənclərlə mübahisə olub.

Belə ki, Nemət Pənahlı gənclərə söyüş söyməməyə və təhqirlərə yol verməməyə çağırıb. Nəticədə gənclərlə Nemət Pənahlı arasında mübahisə yaranıb.

N.Pənahlı ilə yanaşı, onun bacısı oğlu da saxlanılaraq, naməlum istiqamətə aparılıb.

Qaynar.info