Nemezis abidəsini sökməkdən imtina edəcəyi halda Türkiyə Ermənistanla bağlı yeni ölü götürəcək.
Qaynarinfo xəbər
verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə televiziyasında müvafiq açıqlama verib.
Onun sözlərinə görə, Ankara Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün addımlar atıb, lakin İrəvan "səmimi olmadığını" göstərib.
Çavuşoğlu "Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı qətlə yetirənlərə abidə qoyulmasını qəbul etmirik” deyib.
O əlavə edib ki, Türkiyə tərəfi rəsmi İrəvana xəbərdarlıq edib və abidənin sökülməyəcəyi təqdirdə Ermənistana qarşı yeni addımlar atacaq.
Xatırladaq ki, aprelin 29-da Ankara Türkiyə hava məkanını xəbərdarlıq etmədən Ermənistandan üçüncü ölkələrə uçuşlar üçün bağlayıb.
Aprelin 25-də İrəvanda qondarma erməni soyqırımının təşkilatçılarına qarşı qisas aktı törətmiş "Nemezis” qatillərinin abidəsinin açılışı olub.
Abidəyə bu qatil-terrorçuların adları həkk olunub: Soqomon Teyleryan, Aram Yerkanyan, Arşavir Şirakyan, Petros Ter-Poqosyan, Artaşes Gevorkyan, Misak Torlakyan, Stepan Tsaqikyan, Hakob Melkumov, Yervand Fundukyan, Armen Qaro, Qriqor Merdjanov, Avetik İsaakyan, Arşak Yezdanyan, Arara Sarqsyan, Qraça Papazyan, Şaana Natali.
Xatırladaq ki, abidənin ucaldılması ilə bağlı qərar İrəvan Ağsaqqallar Şurasının 2021-ci il sentyabrın 14-də keçirilən iclasında qəbul edilib.
Alpər