Xəbər lenti

Nemtsov da təsdiqlədi: "Rus ordusu Ukraynadadır"
Dünya08:26 13.04.2014

Nemtsov da təsdiqlədi: "Rus ordusu Ukraynadadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya müxalifətinin öndə gedən simalarından biri Boris Nemtsov Ukraynanın materik hissəsinə hücum göstərişi verdiyinə görə Vladimir Putini ciddi tənqid edib. 

“Axar.az” xəbər verir ki, Nemtsov Rusiya dövlət başçısının eyforiyaya qapandığını bildirərək, Putinin bu yırtıcı hərəkətlərinin qarşısını nə “Qazprom”, nə də hər hansı sanksiyalarla almağın mümkün olmadığını söyləyib. 

Onun sözlərinə görə, artıq gecdir, Putini heç nə saxlaya bilməyəcək, o, Rusiyanın taleyini oyuna soxub.    

Nemtsov həmçinin rus ziyalı təbəqəsini də ciddi tənqid edərək, bu zümrənin məsələlərə reaksiya verməməsinə təəccüb edib. 

Xatırladaq ki, bu gün gecə saatlarından rus qoşunları Ukraynanın şərq vilayətlərində görünüb. 

Qaynar.info