Xəbər lenti

Nemtsovla bağlı daha iki həbs
Siyasət13:54 09.03.2015

Nemtsovla bağlı daha iki həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çeçenistanda Moskvada qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun işi ilə bağlı daha iki nəfər saxlanılıb. 

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdən birinin yüksətrütbəli çeçen hüquq-mühafizə orqanı əməkdaşının yaxın qohumu olduğu deyilir. 

"Bu şəxslər son günlər digər şübhəlilər Dadayev və Şavanovla əlaqədə olublar. Hazırda onların qətldə nə qədər iştiraklarının olduqları araşdırılır", - deyə məlumatı verən mənbə bildirib. 

Həmçinin məlumatı ötürən mənbə Boris Nemtsovun islam haqda bnildirdiyi fikirlərə görə öldürüldüyünü deyib. 

Xatırladaq ki, Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. Ona dörd güllə vurulub.

Qaynar.info